Almaniyada Fridrix Mertsin fəaliyyətindən narazılıq rekord həddə çatıb - media
Almaniya Kansleri Fridrix Mertsin və onun hökumətinin fəaliyyətindən narazılıq yeni rekord səviyyəyə yüksəlib.
AFN.az "Bild" qəzetinə istinadən xəbər verir ki, bu barədə INSA sosiologiya institutunun keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.
Məlumata görə, respondentlərin yalnız 16%-i Mertsin fəaliyyətini müsbət qiymətləndirib. Rəyi soruşulanların 78%-i onun işindən narazıdır, 6%-i isə mövqeyini müəyyənləşdirməkdə çətinlik çəkib.
Nazirlər Kabinetinin fəaliyyətindən isə respondentlərin 79%-i narazı olduğunu bildirib, hökumətin işini müsbət qiymətləndirənlər cəmi 15% təşkil edib (6% cavab verməyə çətinlik çəkib). Avqustun 13-14-də keçirilən sorğuda 1 003 nəfər iştirak edib.



