Fransada baş nazir fitə basıldı


Fransanın cənub-qərbində yerləşən və ölkənin müasir tarixinin ən böyük təbii yanğını zamanı 180-dən çox evinin yandığı Le-Porj kommunasının sakinləri Baş nazir Sebastyen Lekornyunu fit və narazılıq qışqırıqları ilə qarşılayıblar.

AFN.az xəbər verir ki, müvafiq kadrlar BFM TV telekanalının efirində nümayiş olunub.

"Çox sağ olun, cənab Baş nazir!", "Əhsən, yaziq adam!" – deyə baş nazirin kortejinin keçidi zamanı kommunanın küçələrinə çıxan yerli sakinlər qışqırıblar.

Telekanalın qeyd etdiyinə görə, sakinlərin çoxu qara paltar geyinmək qərarına gəlib və vəziyyətin ciddiliyini vurğulamaq üçün əvvəlcə onu sükutla qarşılamağı planlaşdırıblar. Lakin hökumət başçısının onlarla ünsiyyət qurmaq niyyətində olmadığını və birbaşa yerli məmurlarla görüşə getdiyini anlayan bir sıra vətəndaşlar emosiyalarını cilovlaya bilməyiblər. Narazılığı artıran digər məqam isə KİV-də yayılan məlumatlar olub: məlumata görə, hökumət başçısı rəsmi anonslara zidd olaraq kommunaya hələ avqustun 16-da gəlib və merlə birlikdə yerli çimərlik ərazisində görünüb, səfərin bu hissəsi isə hər hansı rəsmi bəyanat olmadan və jurnalistlərin iştirakı olmadan reallaşıb. BFM TV hökumət başçısının ətrafına istinadən bildirib ki, o, bu yolla birinci günə planlaşdırılan rəsmi görüşlərə hazırlaşmaq istəyib.

"Biz onsuz da xüsusi bir şey gözləmirdik, amma indi həqiqətən heç nə gözləmirik. Çox məyusuq. Bizim sadəcə növbəti dəfə cavabsız qalacaq suallarımız var idi. Bizə hörmətlə yanaşmırdılar və hələ də yanaşmırlar", – deyə mitinq iştirakçılarından biri telekanalın jurnalistinə bildirib.

İlin əvvəlindən bəri Fransada yanğın 119 min hektardan çox ərazini məhv edib, ən böyük yanğın isə Jironda departamentində baş verib. Orada 42 min hektardan çox ərazi zərər çəkib və 240 ev yanıb. Bunların yarısından çoxu (183-ü) bu təbii fəlakətdən ən çox zərər çəkmiş hesab edilən Le-Porj kommunasında yanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu