Fransada 400 hektardan çox meşə sahəsi yanıb


Fransanın Herault əyalətində baş verən meşə yanğınlarında 400 hektardan çox ərazi zərər görüb.



BFMTV-nin məlumatına görə, yanğın ölkənin cənub sahillərində yerləşən Herault əyalətində biri Qardiole massivində, digəri isə Nissan-lez-Enserunes şəhərində olmaqla iki yerdə baş verib.

Qardiole massivində yerləşən Gigean qəsəbəsində 450 yanğınsöndürən helikopterlə yanğının söndürülməsinə dəstək verib və A9 şossesi yaxınlığından keçən alov nəzarət altına alınıb.

Söndürmə işlərində Frontignandakı bəzi özəl hovuzların sularından da istifadə edilib və müdaxiləyə baxmayaraq 340 hektar ərazi yanıb.

Digər tərəfdən, gecə saatlarında Gigeandan 60 kilometr aralıda yerləşən Nissan-lez-Enserune-də yanğın baş verib.

220 yanğınsöndürən, 2 helikopter və bir yanğınsöndürmə təyyarəsi ilə Nissan-lez-Enserune-dəki yanğına müdaxilə səyləri davam edir.

İndiyədək 60 hektardan çox ərazi yanıb.

Herault Qubernatorluğu yanğın təhlükəsi olan ərazilərdə əhalinin təxliyə edildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu