İran İnqilab Keşikçiləri: Müharibə ABŞ ilə razılaşma əsasında başa çatmalıdır



İran İnqilab Keşikçiləri Ordusunun komandan müavini Yədullah Cəvani müharibənin ABŞ ilə əldə olunan anlaşma memorandumu əsasında başa çatmalı olduğunu bildirib.

AFN.az xəbər verir ki, Cəvani İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna açıqlamasında məsələ ilə bağlı fikirlərini bölüşüb.

Müharibənin ABŞ ilə imzalanan anlaşma memorandumu əsasında başa çatmalı olduğunu bildirən Cəvani, Hörmüz boğazının yalnız ABŞ-ın anlaşmada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən sonra açılacağını ifadə edib.

Cəvani “Hörmüz boğazı və burada qüvvədə olan qaydalar heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq” deyib.

Hörmüz boğazının gələcək statusu ilə bağlı müzakirələrə də toxunan Cəvani, boğazın yalnız İran ilə Oman arasında su yolu kimi nəzərdən keçirilməsinin müharibənin başa çatdığının qəti şəkildə müəyyənləşməsindən sonra gündəmə gələ biləcəyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu