Tramp: Kim Çen In və mən çox yaxşı yola gedirik
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə çəkdirdiyi fotonu paylaşaraq, “Bu fotodakı xoşagəlməz baxışa baxmayaraq, gülümsədiyimiz çoxlu fotomuz var. Kim Çen In və mən çox yaxşı yola gedirik” deyib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə münasibətləri ilə bağlı sosial media hesabında paylaşım edib.
Tramp Kim Çen In ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq, “Bu fotodakı xoşagəlməz baxışa baxmayaraq, gülümsədiyimiz çoxlu fotomuz var. Kim Çen In və mən çox yaxşı yola gedirik” ifadələrini işlədib.
Tramp 2019-cu ilin iyununda Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammitindən sonra Cənubi Koreyaya rəsmi səfər edərək, Şimali və Cənubi Koreya arasındakı silahsızlaşdırılmış zonada Şimali Koreya lideri ilə görüşmüşdü. Cənubi Koreya sərhədindən iki ölkəni ayıran xəttə gedən Tramp daha sonra şimal tərəfə 20 addım ataraq Şimali Koreya ərazisinə ayaq basan ilk ABŞ lideri olmuşdu.

