Avropa birjaları qarışıq dinamika nümayiş etdirir
Avropa birjaları Yaxın Şərqlə bağlı xəbər axınından qaynaqlanan geosiyasi qeyri-müəyyənliklər səbəbindən qarışıq dinamika nümayiş etdirir.
AFN.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi həftənin əvvəlində qlobal bazarlardakı qiymətləndirmələrə təsir göstərir.
Həftəsonu ABŞ və İranın həyata keçirdiyi qarşılıqlı hücumlardan sonra hərbi aktivliyi dayandırmaq və danışıqları yenidən başlatmaq barədə razılığa gəlmələri bazarlarda qərar qəbuletmə proseslərini çətinləşdirir ki, bu vəziyyət də investorların riskli aktivlərdən uzaqlaşmasına yol açır.
ABŞ ilə İran arasında imzalanan müvəqqəti sülh sazişinin davamlılığına dair narahatlıqlar da Avropa bazarları üzərindəki satış təzyiqinin artmasına səbəb olur.
Avropa bazarlarında saat 11:25-ə olan məlumata görə, "Stoxx Europe 600" etalon indeksi dəyişməz qalaraq 636 bənd, Böyük Britaniyanın "FTSE 100" indeksi isə əvvəlki qapanışla müqayisədə 0,1 faiz azalaraq 10496 bənd səviyyəsində qərarlaşıb.
Almaniyanın "DAX 40" indeksi 0,2 faiz artımla 24706 bənd, İtaliyanın "FTSE MIB 30" indeksi 0,1 faiz yüksəlişlə 51325 bənd, Fransanın "CAC 40" indeksi 0,3 faiz itki ilə 8362 bənd və İspaniyanın "IBEX 35" indeksi isə 0,4 faiz dəyər itirərək 19357 bənd səviyyəsində çıxış edir.
Analitiklər bu gün Avrozonada iqtisadi etimad indeksi və istehlakçı etimad indeksi, ABŞ-da isə "Dallas Fed" istehsalat sənayesi indeksinin izləniləcəyini qeyd ediblər.
