Braziliyada turistləri daşıyan avtobus aşdı: 10 nəfər öldü



Braziliyanın cənub-şərqindəki Rio-de-Janeyro əyalətində turistlərin olduğu sərnişin avtobusu dağ yolunda aşıb. Qəza nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, Rio-de-Janeyro əyalətinin yanğınsöndürmə xidmətinin açıqlamasına görə, dünən yerli vaxtla saat 04:30 radələrində Petropolis şəhəri yaxınlığındakı dağlıq yolda hərəkətdə olan və turistləri daşıyan avtobus aşıb.

Hadisə yerinə çatan qruplar ilkin olaraq 8 nəfərin həyatını itirdiyini müəyyənləşdirib. Xəstəxanaya çatdırılan yaralılardan daha 2 nəfərin də bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi bildirilib.

Braziliya Federal Yol Polisi avtobusun qonşu Minas-Jerays əyalətinin paytaxtı Belo-Orizontidən yola çıxdığını və Rio-de-Janeyro şəhərindəki çimərliklərə doğru hərəkət etdiyini bildirib.

Qəza səbəbindən təxminən 4 saat ərzində nəqliyyatın hərəkətinə bağlanan yol yenidən açılıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu