Ceyhun Aşurov: "Azərbaycan pandemiyadan sonra turist axınını 50 faiz bərpa edə bilib"


"Bu gün Azərbaycanda 700-ə yaxın hotel var, nömrələrin sayı 27-28 min, çarpayıların sayı isə 60 mindir. Azərbaycan üçün çoxmu? Əslində yox, xüsusən nəzərə alsaq ki, bu həcmin üçdə biri Bakı və Abşeronun payına düşür".

AFN.az xəbər verir ki, bu barədə "Smart Hotels Management" hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov Rusiyanın "Turizm və mədəniyyət industriyası" jurnalına müsahibəsində deyib. O diqqətə çatdırıb ki, mövcud potensiala nəzər saldıqda hotellərin sayını artırmaq şərtdir: "Yeri gəlmişkən, qeyd edim ki, 2019-cu ildə, yəni pandemiyadan əvvəlki ildə Azərbaycana 3 milyon 170 min xarici vətəndaş gəlib ki, bunun da 2,9 milyonu turistdir. Ciddi artım qeydə alınıb, lakin buna baxmayaraq, bizim bu rəqəmi çoxaltmaq üçün hər cür imkanımız var. Pandemiyadan sonrakı dövrdə, yəni 2022-ci ildə ölkənin quru sərhədlərinin hələ də bağlı olmasına baxmayaraq, Azərbaycan turist axınını 50% bərpa edə bilib. Əminəm ki, sərhədlər açıldıqdan, uçuşların coğrafiyası genişləndikdən və onların əlçatanlığı yaxşılaşdıqdan sonra bu rəqəmlər xeyli artacaq".

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu