Rutte “Tomahawk” raketlərinin Ukraynaya verilməsi ehtimalını şərh etməyib


NATO-nun baş katibi Mark Rutte Amerikanın “Tomahawk” qanadlı raketlərinin Ukraynaya tədarükü ehtimalını şərh etməkdən imtina edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə planlaşdırılan iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Mən bu məsələni şərh etməyəcəyəm, bu, ikitərəfli məsələdir”, - deyə Rutte qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp “Tomahawk” raketlərinin Ukraynaya verilib-verilməyəcəyi ilə bağlı qərar verdiyini açıqlayıb, lakin bu qərarın nədən ibarət olduğunu açıqlamayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu