Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var
Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.
Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.