Salyanda daha bir ağır qəza baş verib, iki nəfər ölüb


Salyan rayonunda baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.


"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində minik maşınında olan Cəlilabad rayonunun Alar kənd sakinləri - Asif və Vasif Məmmədov qardaşları ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Salyanda ağır yol qəzası baş verib.


"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər ölüb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Salyan rayonunda gün ərzində ölümlə nəticələnən ikinci yol qəzasıdır. Əvvəlki qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanmışdı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu