“Qarabağ” bu gün ÇL-də cavab oyununa çıxır


"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.

AFN.az-ın xəbərinə görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu bir cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək. Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

12 avqust
20:00 Qarabağ (Azərbaycan) - Şkendiya (Şimali Makedoniya)
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries, Mark Naqteqaal (Niderland).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu