Göyərtəsində sərnişinlərin olduğu təyyarənin uçuş zamanı mühərrikində nasazlıq yaranıb
Uçuş zamanı göyərtəsində sərnişinlərin olduğu "British Airways"ə məxsus təyyarənin mühərriklərindən biri sıradan çıxıb.
Bu barədə Aviaincident Telegram kanalı yazıb.
Fevralın 27-də Pekindən Londona uçan təyyarədə gözlənilməz vəziyyət yaranıb. Qeyd olunur ki, təyyarənin mühərriki təyinat hava limanına enməzdən bir müddət əvvəl sıradan çıxıb.
Mənbənin sözlərinə görə, kapitan pilot insan həyatı üçün bilavasitə təhlükə yaradan situasiyalarda istifadə edilən Mayday qəza siqnalını verib.
Hadisəyə baxmayaraq pilotlar təyyarəni təhlükəsiz şəkildə London Hava Limanına endirməyə nail olublar. Sərnişinlərdən heç biri xəsarət almayıb.