Almaniyadan Hindistana gedən təyyarədə bomba həyəcanı


Almaniyanın Frankfurt şəhərindən Hindistana uçan Lufthansa Hava Yollarına məxsus təyyarənin bomba həyəcanı səbəbilə Frankfurt Hava Limanına geri döndüyü bildirilib.



Polis tərəfindən verilən açıqlamada qeyd olunub ki, bazar günü Frankfurtdan havaya qalxaraq Hindistanın Haydarabad şəhərinə istiqamətlənən Boeing 787-9 Dreamliner tipli təyyarə bomba xəbərdarlığı səbəbilə Frankfurt Hava Limanına qayıdıb və yerli saatla 18:30-da problemsiz şəkildə eniş edib.



Almaniya mətbuatında yer alan xəbərlərə görə, sərnişinlər gecəni hava limanında keçiriblər və bu gün Hindistana yeni bir uçuşun planlaşdırıldığı bildirilib.



Təxminən 200 sərnişinin vizasız olaraq tranzit zonada qalması səbəbilə hava limanının tranzit sahəsində çadır tipli çarpayılar qurulub, onlara yemək və içki təmin olunub.



Hindistan mətbuatında yayımlanan məlumatlara görə isə Lufthansa Hava Yollarına məxsus təyyarə havada təxminən 2 saat qaldıqdan sonra bomba xəbəri səbəbilə Bolqarıstan hava məkanından geri dönüb.



Flightradar24-ə əsaslanan xəbərlərdə isə qeyd olunub ki, təyyarə Qara dəniz sahillərinə yaxın bir bölgədə "U" dönüşü edərək Frankfurta geri qayıdıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu