Avstraliya-İndoneziya reysi tualetlərin işləməməsi səbəbindən 2,5 saat sonra geriyə dönüb
Avstraliyanın Adelaida şəhərindən İndoneziyanın Bali adasına sərnişin daşıyan "Jetstar" Hava Yollarına məxsus təyyarə havaya qalxdıqdan təxminən 2 saat 40 dəqiqə sonra tualetlərdə yaranan nasazlıq səbəbindən hava limanına geri qayıdıb.
"9News" saytının xəbərinə görə, JQ125 reysi ilə Adelaida-Denpasara uçan təyyarə yerli vaxtla səhər saat 07.00-da havaya qalxaraq saat 09.40-da Adelaide hava limanına qayıdıb və yerə enib.
"Jetstar" rəsmilərinin verdiyi açıqlamaya görə, uçuş zamanı təyyarədəki tualetlərin işləmədiyi müəyyən edilib, lakin stüardessaların bu problemi aradan qaldıra bilməməsindən sonra geri qayıtma qərarı verilib.
Adelaidaya qayıdan sərnişinlər yerli vaxtla saat 11:00-da yeni təyyarə ilə Balidəki Denpasar hava limanına yola düşüblər.
Mənbə: AA