ABŞ Maduroya və həyat yoldaşına vəkil haqqı ödənilməsinə icazə verdi


ABŞ hakimiyyəti Venesuela hökumətinə ölkənin həbsdə olan prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin hüquqi müdafiəsi üçün vəkillərin ödənişini həyata keçirməyə icazə verib.

AFN.az ABŞ mediasına istinadən xəbər verir ki, Nyu-Yorkun Cənub dairəsi federal məhkəməsinin bazasında yerləşdirilən sənədə əsasən, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) müvafiq lisenziyalarda düzəlişlər edib.

Yeni qərara əsasən, müdafiə tərəfi müəyyən şərtlər daxilində Venesuela hökumətindən ödəniş ala biləcək. Bununla əlaqədar vəkillər ödəniş imkanının olmaması səbəbindən işin dayandırılması barədə vəsatətlərini geri götürüblər.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın Venesueladakı hərbi əməliyyatı zamanı Maduronun özü və həyat yoldaşı ələ keçirilərək ABŞ-a aparılıb. Onlar narkotik ticarətində ittiham olunsalar da, təqsirlərini boyunlarına almırlar.

Hazırda Venesuelada dövlət başçısı funksiyalarını müvəqqəti olaraq Delsi Rodriqes icra edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu