BMT: İsti hava ilə bağlı ölüm halları 1990-cı ildən bəri 63 faiz artıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) isti havaya bağlı ölümlərin 1990-cı ildən bəri 63% artdığını açıqlayıb.
BMT-nin Cenevrə ofisi mövzu ilə bağlı X sosial media platformasında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, isti hava ilə əlaqəli ölüm nisbəti 1990-cı ildən bəri 63% artıb.
Artan temperaturun yalnız statistik göstərici olmadığı, eyni zamanda risk altında olan həyatlar demək olduğu vurğulanıb.



