Bu il Yaponiyada ən isti yay olub


Bu ilin Yaponiyada 2023-cü ildən sonra ən isti yay olacağı açıqlanıb.


"Kyodo" agentliyinin məlumatına görə, Yaponiya Meteorologiya İdarəsi (JMA) 2024-cü ildə ölkədə müşahidə olunacaq ekstremal temperaturlarla bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, bu il 2023-cü ildən sonra müqayisə oluna bilən məlumatların izlənilməyə başladığı 1898-ci ildən bəri rekord həddə çatan ən isti yay olub.

Həmçinin iyun-avqust aylarında orta temperaturun 1991-2020-ci illər arasında qeydə alınan orta göstəricidən 1,76 dərəcə yüksək olduğu, bu il ölkə üzrə 914 müşahidə nöqtəsindən 144-də yay aylarında rekord temperaturun qeydə alındığı bildirilib.

Açıqlamada, temperaturların sentyabrın ortalarına qədər davam edə biləcəyi və lazım olduqda kondisionerdən istifadə də daxil olmaqla, istilik vurmalarına qarşı ehtiyat tədbirlərinin görülməsi ilə bağlı tövsiyələr yer alıb.

Yaponiya Meteorologiya Agentliyi ölkədə son 125 ilin ən isti yayın 2023-cü ildə yaşanacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu