2023-cü il tarixdə ən isti il ola bilər
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) 2023-cü ilin ən isti il ola biləcəyini açıqlayıb.
C3S öz saytında dərc olunan hesabatda 2023-cü il üçün temperatur məlumatlarını paylaşıb.
Hesabatda qeyd olunub ki, dünya üzrə orta temperatur göstəriciləri baxımından 2023-cü ildə temperatur daha əvvəl ən isti il kimi qeydə alınan 2016-cı ildən 0,10 dərəcə yüksəkdir.
Hesabatda bu ilki orta temperaturun sənaye inqilabından əvvəlki orta göstəricidən 1,43 dərəcə yüksək olduğu və 2023-cü ilin indiyə qədər qeydə alınmış ən isti il ola biləcəyi qeyd edilib.
Hesabatda bu ilin oktyabr ayında dünya üzrə orta temperaturun 15,3 dərəcə Selsi ilə rekord qırdığı bildirilib. Cari ilin ilin oktyabrında qeydə alınan temperaturun 1991-2020-ci illərin orta temperaturundan 0,85 dərəcə yüksək olduğu və əvvəlki ən isti oktyabrın yaşandığı 2019-cu ilin orta göstəricisindən 0,40 dərəcə yüksək olduğu bildirilib. Antarktidada oktyabr ayında ölçülən dəniz buzunun həcminin orta səviyyədən 11 faiz aşağı qaldığı, bu da ardıcıl altıncı aydır ki, ilin bu vaxtı üçün rekord aşağı səviyyədə olduğunu vurğulanıb.
C3S direktorunun müavini Samantha Burgess, 2023-cü ilin rekordların ən isti ili olacağını əminliklə söyləyə biləcəyini bildirib.