2023-cü il tarixdə ən isti il ola bilər
Kopernik İqlim Dəyişikliyi Xidməti 2023-cü ilin rekordların ən isti ili ola biləcəyini, 2023-cü ilin sentyabrının isə ən isti sentyabr ayı kimi qeyd edildiyini açıqlayıb.
Xidmətin məlumatlarına görə, ilin 9 ayında aparılan ölçmələrlə 2023-cü il, daha əvvəl ən isti il olaraq təyin olunan 2016-cı ili geridə qoyaraq, rekordların ən isti ili olub.
Yanvar-sentyabr aylarında orta temperatur 2016-cı ildən 0,05 dərəcə yüksək olub.
Beləliklə, 2023-cü ilin ən isti il ola biləcəyi bildirilib.
Ötən ay havanın temperaturu 16,38 dərəcə olub ki, bu da orta göstəricidən 0,93 dərəcə yüksək olub.
Bu, 2020-ci ildə ölçülən ən isti sentyabr ayından 0,5 dərəcə çox olub. Beləliklə, 2023-cü ilin sentyabr ayı ən isti sentyabr ayı kimi qeydə alınıb.
Avropa üçün ötən ay həm də 2020-ci illə müqayisədə 1,1 dərəcə artımla ən isti sentyabr ayı olub.
Bundan əlavə, Pireney yarımadası, İrlandiya, İngiltərənin şimalı, Skandinaviya və Yunanıstanda "Daniel" fırtınasından təsirlənən yağışlar sentyabrın orta göstəricisindən çox olub.