Böyük Britaniya tarixində ən isti iyun ayını yaşayıb


İngiltərədə orta temperaturun 15,8 dərəcə Selsi ilə iyun ayı 1884-cü ildən bəri "ən isti iyun" olaraq qeydə alınıb.


Met Office-in məlumatına görə, keçən ay İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada ən isti iyun ayı olub. Keçən ay qeydə alınan 15,8 dərəcə orta temperatur 1940 və 1976-cı ilin eyni ayında qeydə alınan rekord səviyyə 14,9 dərəcədən də yüksək olub və Böyük Britaniya 1884-cü ildən bəri ən isti iyun ayını keçirib.

Belə ki, 1940 və 1976-cı illərdə rekord orta iyun temperaturu bu ilin iyununda 0,9 dərəcə artıb. Böyük Britaniyanın bəzi ərazilərində iyun ayında havanın temperaturu orta səviyyədən 2,5 dərəcə yuxarı qalxıb.

Qeyd edək ki, İngiltərədə iyunun 10-da temperatur 32,2 dərəcəni keçib və bu ilin ən yüksək temperatur göstəricisi kimi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu