Ötən ay ən isti yanvar kimi qeydə alınıb
Avropa Birliyinin (Aİ) Kopernik peyk monitorinq sistemi ilə aparılan ölçmələrə görə, keçən ayın indiyə qədər qeydə alınan ən isti yanvar olduğu açıqlanıb.
Kopernikdən verilən açıqlamaya görə, keçən ay orta səth hava istiliyi 13,14 dərəcə olaraq ölçülüb.
Bu ölçü yanvar ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti yanvardan isə 0,12 dərəcə yüksək olub.
Açıqlamada son 8 ayın ardıcıl olaraq qeydə alınan ən isti aylar olduğu və son 12 ayda (2023-cü ilin fevral - 2024-cü ilin yanvar ayı) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,64 dərəcə yüksək olaraq ölçüldüyü bildirilib.
Avropada keçən ay havanın temperaturu şimal və cənub bölgələrində fərqli olub. Skandinaviya ölkələrində 1991-2020-ci illərin orta göstəricisindən xeyli aşağı olan temperaturlar cənub ölkələrində bu orta göstəricidən xeyli yuxarı ölçülüb.
Şərqi Kanadada, Şimal-Qərbi Afrikada, Yaxın Şərqdə və Mərkəzi Asiyada temperatur orta səviyyədən xeyli yuxarı, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə orta səviyyədən aşağı olub.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burgess, istixana qazlarının emissiyalarının sürətlə azaldılması qlobal temperaturun yüksəlməsini dayandırmağın yeganə yoludur xəbərdarlığını edib.