Ötən ay dünyada ən isti mart kimi qeydə alınıb


Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə, keçən ayın dünyada indiyə qədər qeydə alınan ən isti mart olduğu açıqlandı.



Kopernikdən verilən açıqlamaya görə, keçən ay orta səth hava istiliyi 14,14 dərəcə olaraq ölçülüb.

Açıqlamada bu ölçünün yanvar ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti mart ayından isə 0,10 dərəcə yuxarı olduğu ifadə edilib.

Açıqlamaya görə, ötən ay qlobal miqyasda indiyə qədər qeydə alınan ən isti mart, ardıcıl olaraq son 10 ay isə indiyə qədər qeydə alınan ən isti ay olub. Son 12 ayda (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə yüksək olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu