ABŞ-da istilərlə bağlı ölümlər ən çox 2023-cü ildə baş verib
ABŞ-da 1999-2023-cü illər arasında yüksək temperaturun təsiri nəticəsində ən çox ölümün 2023-cü ildə baş verdiyi müəyyən edilib.
Journal of American Medical Association (JAMA) jurnalında dərc olunan araşdırmada elm adamları 1999-2023-cü illər arasında ABŞ-da artan temperaturun səbəb olduğu ölümləri araşdırıblar.
Tədqiqatçılar məlum ən isti il kimi qeydə alınan 2023-cü ildə yüksək temperaturdan ən azı 2325 nəfərin öldüyünü qeyd edərək, bunun həmin dövrün ən yüksək göstəricisi olduğunu bildiriblər.
2004-2010-cu illərdə temperaturun artması səbəbindən ölümlərin azaldığını bildirən tədqiqatçılar, bu ölümlərin 2010-cu illərdə artmağa başladığına diqqət çəkiblər.
Tədqiqatçılar qeyd ediblər ki, qlobal istiləşmə səbəbindən ölkədə temperatur və isti ilə bağlı ölüm halları artmaqda davam edəcək.
Mənbə: AA