İqlim dəyişikliyi səbəbindən 10 il ərzində buzlaqların 2 faizi əriyib


Qlobal iqlim dəyişikliyi 10 ildə 2 milyard 720 milyon ton buzun əriməsinə səbəb olub.


AFN.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) istismardan çıxarılan peyki "Cryosat"ın 2010-2020-ci illərdə 200.000 və ya daha çox buzlaqı izlədiyi aşkarlanıb. "Cryosat"dan alınan görüntüləri araşdıraraq buzlaqların vəziyyəti ilə bağlı qlobal araşdırma aparılıb.

İqlim dəyişikliyinin 10 ildə 2 milyard 720 milyon ton buzun əriməsinə səbəb olduğu qənaətinə gələn araşdırmada, itirilmiş buzlaq kütləsinin dünyadakı buzlaqların yüzdə 2-nə uyğun olduğu müəyyən edilib.

Araşdırmada buzlaqların 89 faizinin yüksək atmosfer temperaturu, 11 faizinin isə okean və ya göl suyunun isti olması səbəbindən əridiyi müəyyən edilib.

Ən çox buzlaq itkisinin yaşandığı Alyaskada 80 min tondan çox buzlaqın əridiyi ifadə edilən araşdırmada bunun isti havaların səbəb olduğu diqqət çəkib.

Buz hündürlüyünün və kütləsinin dəyişməsi ilə bağlı məlumatları toplayan "radar hündürlükölçəni" ilə təchiz edilmiş "Cryosat" qlobal istiləşmə və qütb buzlaqlarının miqyasını ölçmək üçün istifadə edilib.

Araşdırmanın nəticələri “Geophysical Research Letters” jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu