XİN: Azərbaycan qardaş Türkiyəyə hər cür yardım göstərməyə hazırdır
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
AFN.AZ-ın məlumatına görə, başsağlığında deyilir:
"Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır", XİN-dən bildirilib.
Qeyd edək ki, ötən gecə Türkiyə 6.8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Elazığın Sivrice rayonunda yerləşib.
Zəlzələ Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş, Şanlıurfa şəhərlərində hiss olunub.
Hadisə nəticəsində 21 nəfər ölüb, 1030 nəfər isə yaralanıb. Zəlzələ bölgəsində xilasetmə əməliyyatları davam etdirilir. Ölən və yaralananların sayının artacağı istisna deyil.