Cənubi Afrikada baş verən yol qəzasında 8 nəfər ölüb


Cənubi Afrika Respublikasının KvaZulu-Natal əyalətində baş verən yol qəzasında ilkin məlumata görə, 8 nəfər ölüb.



SABC dövlət televiziyasının xəbərinə görə, əyalətin şimalındakı Mandeni bölgəsi yaxınlığında N2 şosesində minik avtomobili ilə yük maşını toqquşub.

Qəzada avtomobildə olan 8 nəfər həlak olub. Ağır xəsarət alan yük maşını sürücüsü xəstəxanaya aparılıb.

Qəzadan sonra N2 avtomobil yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu