Keniyada dəhşətli yol qəzası: 51 nəfər ölüb

Keniyanın qərbindəki Londiani şəhərində baş verən yol qəzasında 51 nəfər ölüb.
AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, Keniyada polis rəsmiləri bildiriblər ki, dünən bir yük maşını idarəetmədən çıxıb, kəsişmədə maşınlara çırpılıb və bazar ərazisinə daxil olub.
Qəzada 51 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Keniya prezidenti Uilyam Ruto qəzada həyatını itirənlərə başsağlığı verib.