Hindistanda dərisinin rənginə görə həyat yoldaşını yandıran şəxsə edam cəzası verildi


Hindistanda məhkəmə həyat yoldaşını dərisinin rənginə görə diri-diri yandıran Kişandas adlı şəxsi edam cəzasına məhkum edib.

Udaipur şəhərindəki iş üzrə hakim Rahul Çudhari cinayəti nadir hallardan biri adlandıraraq bunun insanlığa qarşı cinayət sayıldığını vurğulayıb.

Prokuror Dineş Palival qərarı tarixi adlandırıb və işin ali məhkəməyə göndərildiyini bildirib. Müttəhim 30 gün ərzində apellyasiya vermək hüququna malikdir. Müttəhimin vəkili Surendra Kumar Menariya müvəkkilinin günahsız olduğunu və qərarın apellyasiyada ləğv ediləcəyini iddia edib.

2016-cı ildə evlənən Lakşmi öləmədən öncə polislərə, həkimlərə və icra məmuruna verdiyi ifadələrdə həyat yoldaşının onu qara dərili deyə alçaltdığını və ona “kali” deyə müraciət etdiyini bildirib.

2017-ci ilin 24 iyun gecəsi həyat yoldaşının dərini açacaq dediyi qəhvəyi mayeni üzərinə çəkdiyini, mayenin aseton iy verdiyini deyəndə isə həyat yoldaşının tütsü çubuğu ilə onu yandırdığını qeyd edib.

Vücudu yanmağa başlayanda müttəhim qalan mayeni də üzərinə tökərək qaçıb. Lakşmi ailəsi tərəfindən xəstəxanaya aparılsa da həyatını itirib.

Bu qərar Hindistanda açıq dərili olma obsesiyası və tünd dərili qadınlara qarşı ayrı-seçkilik müzakirələrini yenidən alovlandırıb. Aktivistlər bildirirlər ki, ön yargılar davam edərsə, oxşar faciələr təkrarlana bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu