İspaniyanın baş nazirinin həyat yoldaşı korrupsiya ittihamı ilə hakim qarşısına çıxıb


İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Maria Beqona Qomez Fernandez iş dünyasında nüfuzundan istifadə edərək korrupsiyaya yol verdiyi iddiası ilə ona qarşı açılan istintaq çərçivəsində hakim qarşısına çıxıb.



Beqona Qomez istintaqın aparıldığı Madriddəki 41 saylı məhkəməyə qarajdan maşınla daxil olub və mətbuat mənsublarının təhlükəsizlik və şəxsi hüquqlarının müdafiəsi səbəbi ilə şəkil çəkdirməsinə mane olub.

Məhkəmə mənbələrinin İspaniya mətbuatına verdiyi məlumatda, Baş nazir Sançesin həyat yoldaşının istintaqı aparan hakim Xuan Karlos Peindonun suallarına cavab verməmək hüququndan istifadə edib.

Hakim Peindonun sözügedən mətni araşdırmaq üçün ifadə prosesini iyulun 19-na təxirə saldığı açıqlanıb.

İspaniya baş nazirinin həyat yoldaşı ilə bağlı aparılan istintaq səbəbilə məhkəmə qarşısına toplaşan kiçik ifrat sağçı qrup baş nazir Sançesə və həyat yoldaşı Beqona Qomesə etiraz edib.

İspaniya tarixində ilk dəfə bir baş nazirin həyat yoldaşı müttəhim qismində ifadə vermək üçün məhkəməyə gələrək milli və beynəlxalq mətbuat tərəfindən böyük maraqla izlənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu