İmran Xandan sonra həyat yoldaşı da azadlığa çıxdı


Pakistanda Lahor şəhər məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xanın həbsdə olan həyat yoldaşı Büşra Bibini mayın 23-dək zaminə buraxıb.


Sabiq baş nazirin həyat yoldaşının hansı məbləğ qarşılığında sərbəst buraxıldığı bildirilmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Pakistanın Ali Məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xanın həbsini qanunsuz hesab etmiş və baş nazir azadlığa çıxmışdı.
Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu