İmran Xan 14 il həbs cəzasına məhkum edildi
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Büşra Bibi baş nazir olduğu müddətdə aldığı hədiyyələri satmaq və təfərrüatlarını açıqlamamaqda ittiham olunduğu korrupsiya işində təqsirli bilinərək 14 cəzaya məhkum edib.
Yerli mətbuatda yer alan xəbərə görə, məhkəmə keçmiş baş nazir Xan və həyat yoldaşı Büşra Bibi mühakimə olunduqları korrupsiya işində günahkar bilib.
Məhkəmə Han və Bibiyə 14 il həbs cəzası verərkən, qarşıdan gələn fevralın 8-də keçiriləcək ümumi seçkilərə qədər Hanın 10 il müddətinə siyasətdən uzaqlaşdırılmasına da qərar verib.
Qeyd edək ki, İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi dünən “dövlət sirrini açmaqda” ittiham edilərək həbsdə saxlandıqları iş üzrə 10 il həbs cəzasına məhkum ediliblər.
Pakistan qanunlarına görə, baş nazir, nazirlər, bürokratlar və yüksək rütbəli dövlət məmurları xarici yüksək vəzifəli şəxslərdən aldıqları hədiyyələr barədə “Toşaxana” adlanan departamentə məlumat verməyə borcludurlar. Bildirilir ki, Pakistan Ədalət Hərəkatı Partiyası (PTI) hökuməti dövründə İmran Xana təqdim edilən hədiyyələr barədə məlumat verilməyib.
Keçmiş baş nazir Şahbaz Şərif hökumətinin İmran Xana qarşı Seçki Komissiyasına verdiyi ərizədə Xanın 52 hədiyyə aldığı və bu hədiyyələrin çoxunu satdığı iddia edilib. Sözügedən hədiyyələrin 2018-ci ilin avqustundan 2021-ci ilin dekabrına qədər alındığı və bazar dəyərinin təxminən 641 min dollar olduğu qeyd edilib.