17 ildir həyat yoldaşının meyiti ilə yatır — FOTOLAR




2003-cü ildə arvadı vəfat edən vyetnamlı Le Van adlı şəxs bunu qəbul edə bilməyib.

Hətta o həyat yoldaşının məzarı üstündə yatmağa başlayıb.

Lakin bir neçə ay sonra başlayan leysanlara görə o bunu edə bilməyib. Elə buna görə də vyetnamlı yerin altından tunel qazır və hər gecə həyat yoldaşının tabutunu qucaqlayaraq yatmağa başlayıb.

Bundan xəbər tutan övladlar atalarına qəbirstanlığa getməyi qadağan edirlər.
Le Vana isə həyat yoldaşından ayrı yatmağa heçnə mane ola bilmir. O, ölmüş həyat yoldaşının meyitini qazıb çıxarır və onu gips, sement və qumdan düzəltdiyi heykəlin içinə qoyur.

Artıq 17 ildir ki, Le Van ölmüş həyat yoldaşının meyiti ilə bir yataqda yatır. Övladları isə analarını yenidən basdırmaq istəyirlər.//"Ölkə.Az"





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu