Yunanıstanda Qərbi Nil virusundan 20 nəfər ölüb
Yunanıstanda bu il Qərbi Nil virusundan 20 nəfərin öldüyü bildirilib.
Yunanıstanın Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) verilən açıqlamada virusun ölkənin müxtəlif bölgələrində insanların ölümünə səbəb olduğu açıqlanıb.
Son bir həftədə 5 yeni xəstəliyə diaqnoz qoyulduğu qeyd edilən açıqlamada ağcaqanadlardan fərdi qorunmanın vacibliyi vurğulanıb.
Virusun xüsusilə Kardiça, Larissa, Trikala, İmathia, Saloniki, Pela, Pieria, Kilkis, Serres, Halkidiki, Kavala, Drama, Rodop, Xanthi, Meriç, Kastoria, Arta və Ioannina bölgələrində aşkar edildiyi qeyd edilib.
Mütəxəssislər yoluxma hallarının artacağını proqnozlaşdırırlar.