Yunanıstanda epidemiya xəbərdarlığı: Kran suyundan istifadə etməyin


Yunanıstan daşqından sonra dağıntılara çevrilib. Daşqından zərər çəkmiş ərazilərdə epidemiya xəbərdarlığı edilib. Magistral sudan istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilib. Artıq ölkədə hərarət, öskürək, baş ağrısı və ishal halları müşahidə olunmağa başlayıb.


Yunanıstanda ötən həftə baş verən daşqın fəlakətindən sonra epidemiya həyəcanı var.

Səhiyyə Nazirliyi təbii fəlakətin baş verdiyi ərazilərdə zərərvericilərin və gəmiricilərin sayında artım olduğu barədə xəbərdarlıq edib.

Bunun ciddi epidemiya xəstəliklərinə yol açdığı vurğulanıb. Ağcaqanadlardan keçən Qərbi Nil Virusuna yoluxma hallarında da artım ola biləcəyi qeyd edilib.

Fəlakətlərdə ölən heyvanlar da sağlamlıq üçün təhlükə yaradır. Ölkədə qızdırma, öskürək, baş ağrısı və ishal halları müşahidə olunmağa başlayıb.

Daşqının zərər çəkdiyi yerlərdə insanlardan kran suyundan istifadə etməmələri xahiş olunub. Əks halda qastroenterit, hepatit və dəri səpgiləri kimi epidemiya riskinin olduğu vurğulanıb.

Fəlakətdən sonra yaraların sağalması üçün işlər aparılarkən Afina-Saloniki avtomobil yolunun bəzi hissələri hələ də su altındadır. İki böyük şəhər arasında yol əlaqəsi bağlanıb. Daşqının dəmir yolu sisteminə vurduğu ziyan da böyükdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu