Nigeriyada vəba epidemiyasında ölənlərin sayı 94-ə yüksəlib
Qərbi Afrika ölkələrindən olan Nigeriyada bu il vəba epidemiyasında həyatını itirənlərin sayı 94-ə yüksəlib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, son bir ayda ölkənin 23 əyalətində 201 vəba hadisəsi qeydə alınıb.
Yanvar ayından bu yana ölkədə 2860 vəba hadisəsi qeydə alınıb, epidemiyadan ölənlərin sayı isə 94-ə yüksəlib.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba ishala və orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilir.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin də olmaması xəstəlik və ölüm riskini artırır.
Ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi epidemiya xəstəliklərinə də tez-tez rast gəlinir.