İsrail britaniyalı diplomatlara ölkəni tərk etmələri üçün 7 gün vaxt verdi



İsrailin Ramallahda fəaliyyət göstərən britaniyalı diplomatlarla yanaşı, ölkənin cənubundakı Kiryat Qat şəhərində yerləşən Qəzza Koordinasiya Mərkəzindəki britaniyalı nümayəndələrdən də 7 gün ərzində ölkəni tərk etmələrini istədiyi bildirilib.

AFN.az xəbər verir ki, İsrailin bu addımı Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətini qadağan etməsinə cavab olaraq atdığı qeyd olunub.

İsraildə yayımlanan Kanal 12-nin xəbərində Böyük Britaniyanın Qərb Şəriyədəki İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətini qadağan etməsinə qarşı Təl-Əvivin atdığı addımlarla bağlı məlumat verilib.

Xəbərdə xarici işlər naziri Gideon Saarın Şərqi Qüdsdə yerləşən Britaniya konsulluğunun bağlanmasına qərar verdiyi, konsulluğun 30 gün ərzində fəaliyyətini dayandırmalı olduğu bildirilib.

Ramallahda fəaliyyət göstərən britaniyalı diplomatlara İsraili tərk etmələri üçün 7 gün vaxt verildiyi, İsrailin cənubundakı Kiryat Qat şəhərində yerləşən Qəzza Koordinasiya Mərkəzindəki britaniyalı nümayəndələrdən də eyni müddət ərzində ölkəni tərk etmələrinin tələb olunduğu qeyd edilib.

Qeyd edək ki, Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyanın xarici işlər nazirləri birgə yazılı açıqlama yayaraq İsrail yaşayış məntəqələrində istehsal olunan malların ticarətini məhdudlaşdıracaqlarını açıqlamışdılar.

Açıqlamada İsrailin Qərb Şəriyədəki əməlləri ilə iki dövlətli həlli zəiflədən addımlar atdığı vurğulanaraq vəziyyətin hər keçən gün daha da pisləşdiyi bildirilib.

İsrail ticarət sanksiyalarına cavab olaraq Böyük Britaniyanın Şərqi Qüdsdə yerləşən və Fələstin üzrə fəaliyyət göstərən konsulluğunun bağlanmasına qərar verdiyini açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu