UKMTO: Hörmüz boğazında ticarət gəmisinə müdaxilə edilib



İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) Hörmüz boğazında ticarət gəmisinin müdaxiləyə məruz qalması ilə bağlı məlumat aldıqlarını açıqlayıb.

AFN.az xəbər verir ki, UKMTO-nun X platformasındakı hesabından verilən açıqlamada hadisənin Hörmüz boğazında, bölgədəki hərbi fəaliyyətlər çərçivəsində baş verdiyi bildirilib.

Açıqlamada məlumatlara görə, sözügedən ticarət gəmisinin bölgədə davam edən hərbi hərəkətlilik çərçivəsində qarşılıqlı əlaqəyə və ya müdaxiləyə məruz qaldığı qeyd olunub.

Hadisədən aidiyyəti qurumların xəbərdar olduğu və məsələ ilə bağlı zəruri araşdırmaların davam etdiyi bildirilib. Açıqlamada bölgədəki dənizçilərə ən son dəniz təhlükəsizliyi məlumatlarını nəzərə almaları və dəyişən əməliyyat mühitinə qarşı ayıq-sayıq olmaları tövsiyə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu