Britaniya Hərbi Dəniz Qüvvələri: "Ədən yaxınlığında gəmiyə hücum edilib"

Britaniya Hərbi Dəniz Qüvvələrinin Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) fevralın 22-də X sosial şəbəkəsinə Yəmənin Ədən limanı yaxınlığında gəmiyə hücum edilməsi barədə məlumat aldığını bildirib.
“UKMTO Yəmənin Aden şəhərindən 70 dəniz mili cənub-şərqində insident barədə məlumat alıb. Səlahiyyətlilər araşdırma aparır”, - deyə məlumatda qeyd edilib.
UKMTO hadisəni hücum adlandırıb. Hücum barədə əlavə məlumat verilmir. UKMTO gəmilərə ərazidə ehtiyatla hərəkət etməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.