Pomidor tomatı beyin funksiyalarına necə təsir edə bilər?



İspaniyada aparılan yeni araşdırmada üç ay ərzində müntəzəm olaraq tomat istehlak edən insanların beyin görüntüləmələrində və zehni fəaliyyətlərində fərqlər müəyyən edilib.

AFN.az xəbər verir ki, tədqiqatçılar pomidorda olan güclü antioksidant likopenin beyin funksiyaları və sinir şəbəkələri arasındakı əlaqələrə təsirini araşdırıblar.

Barselona Universitetindən qidalanma mütəxəssisi Rikardo Lopes-Solisin rəhbərlik etdiyi qrupun həyata keçirdiyi klinik tədqiqatda pomidorda olan güclü antioksidant olan likopenin beyin funksiyaları və şəbəkə əlaqələri üzərindəki təsirləri araşdırılıb.

Antioxidants jurnalında dərc olunan araşdırmada 42 orta yaşlı yetkin iştirak edib.

Üç ay ərzində hər gün 35 qram tomat istehlak edən iştirakçıların keçdiyi zehni testlərdə seçici diqqət səviyyəsinin artdığı və assosiativ yaddaşda cüzi yaxşılaşma müşahidə olunub.

Tədqiqatın 14 nəfərlik kiçik qrupuna tətbiq edilən beyin görüntüləmələri isə likopen səviyyəsindəki artımın böyükmiqyaslı beyin şəbəkələrindəki əlaqələrdə nəzərəçarpacaq dəyişikliklər yaratdığını ortaya qoyub.

Çarpaz keçidli şəkildə hazırlanan araşdırmada iştirakçılar üç ay ərzində hər gün tomat istehlak etdikləri qidalanma proqramı ilə likopen baxımından yoxsul qidalanma proqramını tətbiq ediblər. İki dövr arasında bir aylıq təmizlənmə müddəti saxlanılıb.

Qidalanma müdaxilələrindən sonra aparılan qan analizlərində tomat istehlak edilən dövrdə qanda likopen konsentrasiyasının nəzərəçarpacaq dərəcədə artdığı və beyin inkişafını dəstəkləyən BDNF zülalında artım tendensiyasının olduğu müəyyən edilib. Görüntüləmələr tomat istehlakından sonra beynin ön-divarında və eşitmə şəbəkələrində istirahət vəziyyətindəki əlaqələrdə dəyişikliklər baş verdiyini göstərib.

Tədqiqatçılar bu neyron dəyişikliklərinin pomidor istehlakının beyində lazımsız şəbəkədaxili qarşılıqlı əlaqələri azaltdığına, bununla da sinir sisteminin səmərəliliyini və uyğunlaşma qabiliyyətini artırdığına işarə etdiyini bildiriblər.

Tomatın neyroiltihabı (sinir iltihabını) azaltmaq potensialına malik olduğunu bildirən mütəxəssislər bişirmə prosesinin pomidorun hüceyrə divarlarını parçalayaraq likopenin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırdığını vurğulayıblar.

Bu səbəbdən bişmiş pomidor və tomatın çiy pomidorla müqayisədə daha yüksək miqdarda istifadə edilə bilən likopen təmin etdiyi qeyd edilib.

Alimlər əldə edilən ilkin nəticələrin ümidverici olduğunu, lakin tomat istehlakı ilə əlaqəli bu beyin dəyişikliklərinin uzunmüddətli perspektivdə qalıcı olub-olmadığını müəyyən etmək üçün daha geniş iştirakçı qrupları ilə araşdırmalara ehtiyac duyulduğunu açıqlayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu