Tədqiqat: İnsan beyni bəzi cümlələri bir göz qırpımında emal edə bilir


Nyu-York Universitetinin alimləri insan beyninin bəzi cümlə strukturlarını cəmi 125 millisaniyədə qavradığını aşkar ediblər. Bu müddət demək olar ki, bir göz qırpma müddəti ilə eynidir.



Araşdırmaya görə, beyin dili sözləri bir-bir və ardıcıl olaraq şərh etməklə deyil, daha sürətli struktur qavrayış yolu ilə işləyir.

Araşdırmaya rəhbərlik edən Prof. Lina Pilkanen bildirib ki, dilin işlənməsi ilə bağlı nəzəriyyələr adətən sözlərin ardıcıl başa düşüldüyünü proqnozlaşdırır, lakin bu araşdırma göstərir ki, beynimiz bəzi dil strukturlarını demək olar ki, anında aşkar edə bilir.

Pilkanen bu sürətli qavrayışın beynin qrammatik biliklərinə əsaslanaraq meydana gəldiyini və bəzi cümlə strukturlarını tez müəyyən etmək qabiliyyətimizin bu biliklə əlaqəli ola biləcəyini ifadə edib.

Tədqiqatda 36 iştirakçının beyin fəaliyyəti qeyri-invaziv skan cihazı ilə ölçülüb.

İştirakçılara üç sözdən ibarət qısa cümlələr göstərilib və bu cümlələrin bir sözünü dəyişdirərək onların uyğun olub-olmaması soruşulub. Nəticələr göstərib ki, subyekt, fel və obyektdən ibarət cümlələr (məsələn, “tibb bacıları yaraları təmizləyir”) iştirakçılar tərəfindən daha tez və daha dəqiq qəbul edilir.

Bunun əksinə olaraq, yalnız isimlərdən ibarət sözlərin (məsələn, ürək, ağciyərlər, qaraciyər) daha yavaş qəbul edildiyi aşkar edilib.

Tədqiqatçılar beynin sol orta temporal korteksində 130 millisaniyə ərzində artım aşkar ediblər. Bu artım tipik dil quruluşuna malik cümlələrə reaksiyanın daha qeyri-adi dil strukturları ilə müqayisədə daha sürətli olduğunu ortaya qoyub.

Tədqiqat dilin necə işləndiyi ilə bağlı yeni məlumatlar versə də, nəticələrin rəqəmsal media dizaynerləri və reklamçılar kimi bir çox sahələr üçün praktiki faydalar təmin edə biləcəyi ifadə edilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu