"Oxford Dictionary" ilin sözünü seçdi: "Beyin çürüməsi"


"Oxford Dictionary" ilin sözü olaraq sosial medianın lazımsız və əyləncə məqsədli istifadəsinə istinad edən "beyin çürüməsi"ni seçib.



"Oxford Dictionary" 37 mindən çox insanın iştirakı ilə 6 namizəd söz arasından ilin sözünü müəyyən edib.

Sosial medianın əyləncəli və gərəksiz istifadəsilə beyini uyuşduran məzmunun sonsuza qədər sürüşdürülərək izlənməsini ifadə edən "beyin çürüməsi" ilin tendensiyalarını və əhval-ruhiyyəsini təsvir edən ilin sözü seçilib.

“Beyin çürüməsi” sözünün lüğət mənası “Əhəmiyyətsiz və məcburedici olmayan məzmunun həddindən artıq istehlakı nəticəsində insanın psixi vəziyyətinin və intellektual vəziyyətinin pisləşməsi” kimi müəyyən edilir.

Sosial mediada son dərəcə keyfiyyətsiz məzmun istehlakının yaratdığı narahatlıqların 2024-cü ildə daha da önəm qazandığı vurğulanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu