Eyfel qülləsində hindu nümayəndə heyəti böhranı: Qadın əməkdaşlar uzaqlaşdırıldı, qüllə bağlandı



Parisin simvolu olan Eyfel qülləsində ciddi qaydalara malik hindu nümayəndə heyətinin səfəri zamanı qadın əməkdaşların iş yerlərindən uzaqlaşdırılaraq onların yerinə kişilərin gətirilməsi etirazlara səbəb olub. Əməkdaşların tətilə çıxması ilə qüllə ziyarətə bağlanıb, hadisə ilə bağlı araşdırma başladılıb.

Təxminən 100 nəfərdən ibarət BAPS adlı dini nümayəndə heyətinin səfəri zamanı qrupun qadın və kişiləri ciddi şəkildə ayıran inancı əsas gətirilərək Eyfel qülləsindəki qadın əməkdaşlara müəyyən ərazilərdən uzaq durmaları barədə göstəriş verilib.

AFN.az xəbər verir ki, qadın əməkdaşların ərazidə arxa plana keçirilməsi və onların yerinə kişi həmkarlarının gətirilməsi həm işçilər, həm də həmkarlar ittifaqı tərəfindən böyük etirazla qarşılanıb.

Alçaldıldıqlarını bildirən əməkdaşların bazar ertəsi günü işi dayandırması ilə dünyanın ən çox ziyarət edilən abidələrindən biri ziyarətə bağlanıb.

Eyfel qülləsini idarə edən şirkətin prezidenti və Paris Mərkəzi Rayonunun meri Ariel Veil baş verənləri şokedici və tamamilə qəbuledilməz kimi qiymətləndirib.

Qüllənin idarə edilməsində bəzi səlahiyyətli şəxslərin yolverilməz bir tələbi yerinə yetirmək üçün lazım olduğundan artıq səy göstərdiyini bildirən Veil qurum daxilində araşdırma başladıldığını açıqlayıb.

Açıqlamada məsul şəxslərin müəyyən ediləcəyi və qadın və kişi bərabərliyi prinsipinə zərbə vuran belə bir vəziyyətin bir daha yaşanmaması üçün qəti tədbirlərin görüləcəyi vurğulanıb.

İctimaiyyətə açıq tarixi məkanda qadınların iştirakının məhdudlaşdırılması Fransa Milli Assambleyası başda olmaqla siyasətin müxtəlif qanadları tərəfindən sərt şəkildə pislənib.

Assambleyanın sədri Yaël Braun-Pivet heç bir xarici nümayəndə heyətinin tələbi doğrultusunda qadınların arxa planda dayanmağa məcbur edilə bilməyəcəyini bildirib.

Müxtəlif siyasi partiyaların nümayəndələri də Fransada qadın hüquqlarının heç bir inanc və ya mədəniyyət səbəbi ilə müzakirə mövzusuna çevrilə bilməyəcəyini bildiriblər.

Artan etirazlardan sonra BAPS qrupu açıqlama yayaraq səfərin qüllə rəhbərliyi ilə koordinasiyalı şəkildə təşkil edildiyini iddia edib, səbəb olduqları narahatlıq və mağduriyyətə görə də ictimaiyyətdən üzr istəyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu