Eyfel qülləsi tətil səbəbindən ziyarətçilərin üzünə bağlanıb


Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi işçilərinin tətilə başlaması səbəbindən ziyarətçilərə bağlanıb.



Eyfel qülləsinin işçiləri həmkarlar ittifaqının çağırışı ilə iki gündür tətil edirlər. Qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.

Milli mətbuatda yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi mənfəət payını yüksək görən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.

Eyfel qülləsi işçilərinin bağlı olduğu Ümumi Əmək İttifaqının (CGT) nümayəndəsi Stefan Dieu bildirib ki, onlar qüllənin bilet satışından əldə etdikləri gəliri abidənin təmiri işlərinə, əməliyyat xərclərinə və Paris Bələdiyyəsinə gəlir payı kimi ödəyirlər.

Dieu bildirib ki, bələdiyyəyə əvvəlki illərdə illik 8 milyon avro dividend ödəyirdisə, son vaxtlar bu rəqəm 16 milyon avroya yüksəlib.

Bələdiyyənin bu mənfəət payını 50 milyon avroya çatdırmaq istədiyini bildirən Dieu, pandemiya zamanı abidənin bağlanması səbəbindən hazırda 100 milyon avro borclarının olduğuna diqqət çəkib.

Eyfel qülləsinin işçiləri SETE-nin maliyyə siyasətinə cavab olaraq 27 dekabr 2023-cü ildə tətilə çıxıblar.

Paris Bələdiyyəsi səhmlərinin 99 faizinə sahib olduğu SETE-nin ən böyük səhmdarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu