Fransada aviaşirkət işçilərinin tətili Paris və Tuluzada uçuşları dayandırıb


Fransada aviadispetçerlərin tətili səbəbindən Paris və Tuluza hava limanlarında uçuşlar dayandırılıb.


Yerli mediada yer alan xəbərlərə görə, Mülki Aviasiya Baş Müdirliyi (DGAC) Paris-Orly və Toulouse-Blagnac hava limanlarında tətil səbəbiylə bugünkü uçuşların hər 4-dən 1-nin ləğv edildiyini bildirib.

DGAC xəbərdarlıq edib ki, hava nəqliyyatını idarə edən işçilərin tətili də uçuşlarda gecikmələrə səbəb olacaq.

Aviaşirkət işçiləri sənaye işçilərinin tətillər zamanı minimum xidmət səviyyəsini təmin etmələrini tələb edən parlament tərəfindən keçən həftə təsdiq edilmiş qanuna etiraz olaraq tətilə başlayıblar.

Yeni qanuna görə, işçilər tətil edəcəklərini ən azı 48 saat əvvəl bildirməlidirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu