Frankfurt hava limanı sabah işçilərinin xəbərdarlıq tətili səbəbindən bağlanacaq


Almaniyanın ən böyük ha

va limanı olan Frankfurt hava limanını idarə edən Fraport təhlükəsizlik işçilərinin xəbərdarlıq tətili səbəbiylə sabah bağlanacağını açıqladyıb.



Fraportun verdiyi açıqlamada Frankfurt Hava Limanında təhlükəsizlik işçilərinin sabah tətil edəcəyi xatırladılıb.

Açıqlamada tətilin gün ərzində uçuşların ləğvinə səbəb olacağı vurğulanıb.

Birləşmiş Xidmət Sektoru Birliyi Frankfurt və Hamburq hava limanlarının mühafizəçilərini işəgötürənlə əmək haqqı danışıqlarından sonra martın 7-də tam günlük tətilə çağırıb.

Tətillə əlaqədar Hamburq hava limanında sabaha planlaşdırılan 141 reys təxirə salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu