Hava limanı iflic oldu
Berlin-Brandenburq hava limanında yanvarın 25-də səhər saat 03:30-dan başlanan xəbərdarlıq tətili davam edir. Nəticədə hava limanının fəlaiyyəti iflic vəziyyətə düşüb. 300 uçuş tamamilə dayandırılıb.
“25 yanvar 2023-cü ildə Berlin-Brandenburq hava limanında elan edilmiş xəbərdarlıq tətili səbəbindən sərnişin reysləri mümkün olmur... Gün ərzində təxminən 35 000 sərnişinin olduğu 300-ə yaxın uçuş və eniş planlaşdırılırdı”. AFN.az xəbər verir ki, hava limanının ictimaiyyət üçün yaydığı açıqlamada belə deyilir.
Qeyd edək ki, tətilin təşkilatçısı həmkarlar ittifaqıdır. O, hava limanı işçilərinin, aviasiya təhlükəsizliyi xidmətlərinin və yerüstü xidmətlərinin 6000-ə yaxın əməkdaşını aksiyada iştiraka çağırıb.Həmkarlar ittifaqı on iki aylıq kollektiv müqavilə ilə maaşın ayda 500 avro artırılmasını istəyir. Buraya gecə işi və məzuniyyət üçün əlavə ödənişlər daxildir.
Lakin işəgötürən tərəf əhəmiyyətli dərəcədə daha uzun müqavilə şərtləri tələb edir. Hava limanı şirkətinin işçilərinə 2000 avroya qədər vergisiz birdəfəlik ödənişlər təklif olunur.
M.Vahidli