Paris Olimpiya Oyunlarının medalları təqdim olundu


Minlərlə idmançının arzusu olan olimpiya medalı bu il Parisdə öz sahiblərini gözləyir. Təşkilatçılar Eyfel qülləsinin bir parçası ilə işlənmiş medalları mətbuata təqdim ediblər.



Təşkilatçılar öz inqilabi dizaynını təqdim ediblər. İdmançıların boynuna asılacaq hər qızıl, gümüş və bürünc medalın içərisinə Eyfel qülləsinin bir parçası qoyulub.

135 yaşlı qüllə bundan əvvəl iki dəfə, 1900 və 1924-cü illərdə keçirilən oyunlarda istifadə olunub. Medalların ortasına qoyulan dəmir parçaların hər birinin çəkisi 18 qramdır.

“Paris 2024” yazılan və Olimpiya loqosunun əks olunduğu medalların üzərində həmçinin alov və ya qısa saç düzümü ilə qadın üzü möhürlənib.

İstehsal olunan 5084 medalın təxminən 2600-ü Olimpiadada, 2400-ü isə Paralimpiya oyunları üçün nəzərdə tutulub.

Dizayn meneceri Joachim Roncin bildirib ki, medala yerləşdiriləcək bu hissələri Eyfel qülləsinin təmiri zamanı dəyişdirilən hissələrindən kəsilib.

Onlar Paris 2024-də tarix yazacaqlar və Fransanın bir parçasını özləri ilə evlərinə aparacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu