Rusiya iki Britaniya diplomatının akkreditasiyasını ləğv etdi

Rusiya Xarici İşlər Nazirliyi iki britaniyalı diplomatın qanunu pozduğuna görə akkreditasiyasının ləğv edildiyini açıqlayıb.
Nazirlik açıqlamasında bildirib ki, iki britaniyalı diplomatın Rusiyaya giriş icazəsi alarkən yalan məlumat verdiyi və Britaniya kəşfiyyatı üçün çalışdığı aşkarlanıb.
Bəyanatda bu səbəbdən Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi nazirliyə çağırıldığı qeyd olunub.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün iki Britaniya diplomatını casusluqda şübhəli bilinərək deportasiya etmək qərarına gəldiyini açıqlayıb.
Xatırladaq ki, keçən il Rusiya casusluqda və ölkənin təhlükəsizliyinə təhlükə törətməkdə şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib.