Fridrix Merz yenidən Xristian Demokratik Birlik Partiyasının sədri seçilib


Fridrix Merz yenidən Almaniyada Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri seçilib.



Partiyanın Berlində bir oteldə keçirilən 36-cı adi ümumi qurultayında yeganə namizəd olaraq seçkiyə daxil olan Fridrix Merz etibarlı 971 səsdən 873-nü toplayaraq yenidən sədr olub.

Merz buradakı çıxışında builki ümumi assambleyanı "Birlikdə, gələcək və qalibiyyət" şüarı altında təşkil etdiklərini ifadə edib.

Fridrix Merz ona etimad göstərdiklərinə və yenidən sədr seçdiklərinə görə bütün nümayəndələrə təşəkkürünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu